Highland Residence

Satış şərtləri
10%-dən başlayan ilkin ödəniş. 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikinti davam edir.
Ünvan
Bakı şəh,Xətai ray, Əhmədli qəs, (keçmiş Sadıqcan) Ceyhun Həsənov küçəsi.

7 binadan ibarət bənzərsiz “Highland Residence”

“Highland Residence” Gənclik parkının düz yanında, 8 Noyabr prospektinə qısa məsafədə yerləşir və mənzərəsi Bakı Buxtasına açılır.  Layihənin əlverişli yerləşməsi şəhərin mərkəz ərazilərinə çox qısa müddətdə çatmaq imkanı yaradır. Həzi Aslanov metrosunun yaxınlığında yerləşən kompleksin ətrafında orta məktəb və iaşə obyektlərinin mövcudluğu sizin və övladlarınızın rahatlığını təmin edəcək.

Həyət qapınız Gənclik parkına açılacaq

Dəniz mənzərəli kompleksin qapıları 43 hektarlıq, 300000-dək ağac əkilmiş “Gənclik Parkı”na açılır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksionlar, piknik məntəqələri, qaçış zolağı, velosiped yolları tikilmişdir.

Avtomobilsiz həyət

Yeni binalarda parkinq problemi qaçılmazdır. Buna görə də “Highland Residence” sizə geniş avtodayanacaq təklif edir. Həmçinin kompleksin geniş, yaşıl daxili həyəti də mövcuddur və həyətə avtomobillərin girişinə yalnız fövqəladə vəziyyətlərdə icazə verilir. Bu qayda siz və övladlarınızın kompleksin həyətindən təhlükəsiz şəkildə yararlanması üçün şərait yaradır.

Avropa brendləri ilə təmir

Kompleksdə mənzillər müasir standartlara cavab verən yeni üslubda təmir olunacaq. İstifadə olunan tikinti materiallarının hər biri beynəlxalq standartlara uyğundur və Avropa brendləridir.

Grohe hamam aksesuarları

Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sizə xidmət edəcək.  

Gewiss elektrik açarları və aksesuarları

İtaliya istehsalı olan Gewiss üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, Gewiss estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir və davamlı istifadəyə yararlıdır.

Prysmian yanmayan kabellər

İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinizin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir.

İzolyasiyalı mənzillər

“Highland Residence”də mənzillərarası və mənzildaxili divaralara yenilənmiş səs izolyasiyası tətbiq olunur. Yaradılan bu yeni izolyasiya sistemi mənzilinizdəki kənar səsləri yox dərəcəsinə endirir. Səs izolyasiyası imkanları ilə yanaşı istifadə etdiyimiz materiallar həmçinin istilik izolyasiyası xüsusiyyətinə malikdir. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir.

Sərfəli şərtlər

10%-dən başlayan ilkin ödəniş, 20 ilədək ipoteka kredit ilə tam təmirli, çıxarışlı mənzil sahibi ola bilərsiniz.

 

İpoteka Kalkulyatoru

manat
manat
manat
*1544 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!