Royal Residence layihəsi

Satış şərtləri
30 % ilkin ödənişlə 24 ay müddətinə manatla ödəmə
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Nəsimi ray. , C.Məmmədquluzadə küç, 83

Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 83-də yerləşən bu binanın görünüşünə heyran qalacaqsınız. Möhtəşəm görkəmli tikili ətrafa xüsusi gözəllik gətirəcək və özündə rahatlığı, keyfiyyəti cəmləşdirəcək.

Binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə edirik. Betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinindir. Tikintidə istifadə edilən armaturlar Ukraynada istehsal olunub.

Ekskluziv həyat sevənlər üçün unikal layihə!

Binanın mərkəzi isitmə və soyutma sistemi ilə təmin olunması enerjiyə qənaətə, kondisionerlərin ətrafa zərərli maye axıtmamasına və bina fasadının hər zaman cəlbedici qalmasına şərait yaradacaq.
İtaliyada hazırlanmış taxta, çöl qatı alüminium olan 2 kameralı, 3qat 8 mm-lik şüşədən ibarət izolyasiyalı pəncərələr mənzilinizi ətraf mühitin səs-küyündən qoruyacaq. Binanın fasadına 8 sm qalınlığında aqlay daşlarından üzlük çəkiləcək ki, bu da onun görünüşünə fərqlilik gətirəcək. Mənzillərin qışda isti, yayda isə sərin qalması üçün binanın xarici divarlarına ekoloji cəhətdən təmiz, radiasiyasız, isti və soyuğu keçirməyən xüsusi qat çəkiləcək.

Su xüsusi qurğular vasitəsi ilə mexaniki və bakterioloji təmizləmələrdən, codluğunun tənzimlənməsindən sonra veriləcək. Kompleksin birinci mərtəbəsində gündəlik tələbatlarınızı ödəmək üçün ticarət mərkəzi yerləşəcək. Bundan başqa binanın mansardında tikiləcək türk hamamında və müasir idman qurğuları ilə təchiz edilmiş idman zalında sakinlərimiz ağır iş gününün yorğunluğunu ata biləcəklər. Mənzillərdə quraşdırılacaq xüsusi monitorlar vasitəsilə siz Azərbaycan və dünya mətbəxinə aid xörəkləri və zəruri ərzaq məhsullarını sifariş edə biləcəksiniz.

Sakinləri mənzillərinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) da təmin edəcəyik.

Kompleksdə sakinlərin rahatlığı üşün iki mərtəbədən ibarət olan yeraltı avtodayanacaq da nəzərdə tutulub.

(012) 513 11 10 / (050) 272 10 10 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!