Bayıl layihəsi

Satış şərtləri
20 % ilkin ödənişlə 25 il müddətinə manatla ödəmə. İllik 7%
Layihənin statusu
İnşası davam edən
Ünvan
Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yolun sol kənarı

Səbail rayonu Bibiheybət qəsəbəsi Bayıl yaşayış massivinə çəkilmiş yeni yolun sol kənarında inşa edilən bu yaşayış kompleksindən metronun “İçəri Şəhər” və “Sahil” stansiyalarına 5 dəqiqə ərzində çatmaq olur. Həyətində geniş yaşıllıq sahədə uşaq meydançası və ikimərtəbəli müasir uşaq bağçası olacaq bu layihənin 2017-ci ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılmışdır.

“İçəri Şəhər” və “Sahil” stansiyalarına 5 dəqiqə məsafədə

Hər biri 16 mərtəbəli olan 3 binadan ibarət yaşayış kompleksinin yaxınlığında bir neçə tam orta məktəb yerləşir. Kompleksin tərkibindəki binaların tikintisində zəlzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” markalı betondan və Ukrayna istehsalı olan armaturdan istifadə olunur. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın məşhur “Peri” şirkətinin məhsullarıdır. Tikintidə isitifadə edilən Türkiyə malı elektrik kabelləri beynəlxalq standartlara cavab verən “İmkacable” şirkətinindir.

Müasir avadanlıqlardan ibarət mərkəzi istilik sistemi


Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunmuş yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlağı İspaniyadan alınır. Binanın suvanmasında “Mətanət A” sementi işlədilir. Hər bir mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.
(012) 581 58 28 / (050) 297 10 10 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!