Biləcəri

Satış şərtləri
Dövlət ipotekası 20 % ilkin ödənişlə 25 il müddətinə , illik 7% və 5 illik daxili kredit
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Biləcəri qəs., 5025ci məhəllə (Hərbi Komissarlığın yaxınlığı)

Kristal Abşeron "Biləcəri" layihəsi metronun “20 Yanvar” və “Avtovağzal” stansiyalarına avtomobillə 3 dəqiqəlik məsafədə yerləşir.  Yaşayış kompleksində artıq 2 binaya yaşayışa verilib. Hazırda bu layihəmizdə tam təmirli mənzilləri 25 illik ipoteka (iş yerindən arayış tələb olunur) və ya 5 illik daxili kredit (tək şəxsiyyət vəsiqəsi ilə) imkanı ilə əldə edə bilərsiniz.

Biləcəridə yaşıllığın əhatəsində eviniz olsun!

 Həyətində geniş parkı, uşaq meydançası və uşaq bağçası olan kompleksin yaxınlığında  2 saylı tam orta məktəb yerləşir. Layihənin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictamai nəqliyyatdan rahat istifadə etmək imkanı verəcək. Kompleksdə avtomobillərin təhlükəsizliyini qoruyacaq yeraltı dayanacaq və binanın mühafizəsini təmin edəcək xüsusi xidmət və kamera-nəzarət sistemi də nəzərdə tutulur. 

Biləcəri layihəsində TexnoNikol şirkətinin izolyasiya sistemlərindən (daş yunu) istifadə olunur. Daş yun soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi  həmçinin büdcənizə qənaət etməyə kömək edəcək.  Mənzillərin qızdırlması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərcləriniz aşağı olacaqdır. 

 

Mənzillər tam təmirli şəkildə təhvil verilir

 

 Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniyanın STN şirkətinin istehsalıdır. Döşəmələri Polşa istehsalı parket olacaq mənzillərə İtaliyanın "Limonta" şirkətinin  istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

 

 25 illik ipoteka imkanından siz də faydalanın

 

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq. Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!

Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış  (kupça) təqdim edilir.

(012) 406 84 84 / (050) 880 84 84 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!