Xırdalan 2

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr. 11
Xırdalan 2 layihəsi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşir. 2013 –cü ildə təməli qoyulmuş bu yaşayış kompleksi tam hazır 1, 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Şirkətimiz bu layihəsində sakinlərin təklif və istəklərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaradılmışdır.

Burada da mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilib.

Xırdalan mərkəzində yerləşir. Yaxınlığda Xırdalan Tibb mərkəzi, 2 və 9, 10 nömrəli, 1nömrəli  məktəblər Qafqaz universiteti, İcra hakimiyyəti, Heydər Əliyev adına park, bazar, supermarketlər (Araz, Rahat, Fresco) var. 

Tam təmirli və mebelli mənzillər

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənmişdir. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkiləcək. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC”, sanitar qovşağının kafel- metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olan mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir. Mənzillərdə Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları quraşdırılmışdır. 

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılmışdır.

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərir.
Yaşayış kompleksində sakinlər üçün ümumi sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınmış, müasir kafe və restoranlar fəaliyyət göstərir. Uşaqlar üçün oyun və futbol meydançası mövcuddur.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti mövcuddur.


İpoteka Kalkulyatoru

manat
manat
manat
(012) 341 30 20 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!