Media

Sosial Mənzil Tikintisi

Sosial mənzilləri şəhərdaxili və şəhərə yaxın  binalardakı mənzillərə  bərabər  tutmaq doğru deyil!

Demək olar ki, ömrümüzün yarısı evlərimizdə keçir. Evlərimiz  rahatlıq tapmaq və istirahət yuvalarımızdır. Ailənin davamlı və möhkəm olması üçün də mütləq məkana ehtiyyac var. Təəssüf ki, əhalimizin bir qismi evə malik deyil. Qeyri-normal şəraitdə, kirayələrdə yaşayan minlərlə ailələr var.

Bu gedişə son qoymaq üçün Azərbaycan dövləti aztəminatlı əhali üçün sosial mənzillər tikməyi planlaşdırır. Bu layihə sosial təminatdan kasıb və yardıma möhtac vəziyyətdə olan vətəndaşların aşağı və uzunmüddətli ödənişlə mənzillə təmin olunmasını nəzərdə tutur.

Təəssüflər olsun ki, həmişə oduğu kimi bu dəfə də, əhalini və iş dünyasını çaşdıran “ekspertlər” peyda olub. Onlar mənzillərin qiymətlərinin kəskin düşəcəyini, buna görə tikinti şirkətlərindən mənzil almamağı tövsiyyə edirlər.

 

SOSİAL MƏNZİLLƏR ŞƏHƏRDƏN KƏNARDA TİKİLİR

Birinci səbəb sosial mənzillərin şəhər kənarlarında tikilməsidir. Sosial mənzillər təbii ki Bakıda, məsələn, Qara Qarayev və ya Elmlər Akademiyası metrosu yaxınlığında tikilməyəcəkdir.  Nəzərə alsaq ki, şəhərdaxili və şəhər kənarında bu həcmdə layihəni gerçəkləşdirmək üçün boş torpaq sahəsi mövcud deyil, bu o deməkdir ki,  sosial mənzil layihəsi infrastruktur cəhətdən bir qədər zəif olan şəhərkənarı ərazilərdə  inşa edilə bilər, bu da şəhərdaxili binaların qiymətlərinə heç bir təsir göstərə bilməz.

Şəhər mərkəzində sıxlığın qarşısının alınması üçün, dövlət tərəfindən şəhər ətrafında boş ərazilər müəyyən edilir və ya alınır və həmin yerdə binalar və sosial obyektlər tikilir. Şəhərdən kənarda yaşamaq bütün hallarda əlverişli deyil. Şəhərdə və ya şəhərin başqa bir istiqamətində işləyən vətəndaş işə gedib-gəlməkdə çətinlik çəkir. Sosial binalar, şəhər mərkəzindəki kimi metro, alış-veriş mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət idarələrinə və s. yaxın olmur. Qısası, kənarda yaşamaq o qədər də konfortlu deyil.

MÜƏYYƏN ŞƏRTLƏRƏ CAVAB VERMƏK LAZIM GƏLƏCƏK

Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, sosial mənzil almaq istəyən ailə, mənzilin tikildiyi ərazidə əvvəldən qeydiyyatda olmalıdır. Ola bilsin ki, Bakı ətrafında  da tikiləcək sosial binalarda yalnız Bakı qeydiyyatı olan vətəndaşlar mənzil ala biləcəklər. Rayon qeydiyyatında olan aztəminatlı ailələr öz rayonlarında tikiləcək sosial binalardan mənzil əldə edə biləcəklər. Əks təqdirdə hər kəs Bakıda ev sahibi olmaq istəyəcəkdir. Bu da layihədə böyük çətinliklər yarada bilər.

Sosial mənzil tikən ölkələrin təcrübəsi bunu da göstərir ki, mənzil almaq istəyən şəxsin həyat yoldaşının və ya övladlarının adına mənzil olmamalıdır.

Sosial mənzil hüququ əldə etmək üzrə bir sıra şərtlər olacaqdır.  Təsdiq olunacaq şərtlər ilə müraciət edənin aztəminatlı olub-olmadığı müəyyən ediləcək. Ölkədə bütün mənzili olmayanlar aztəminatlı əhali deyil.

Qısası, Bakıda qeydiyyatı olmayanlar, nəqliyyata və işinə yaxın, konfortlu və daha geniş sahəyə malik mənzil istəyənlər şəhərin mərkəzi hissəsində tikilən binalardan mənzil almalı olacaqlar.

TİKİLƏN MƏNZİLLƏR QURULAN AİLƏLƏRİN SAYINDAN 5 DƏFƏ AZDIR

Digər tərəfdən, dövlətin bir-iki ildə bütün aztəminatlı ailələri mənzil ilə təmin etməsi mümkün deyil.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər nigahların illik sayı 80 min civarında olur. Son 10 ildə təxminən 890 min nigah qeydə alınıb (təxmini hesablamalara görə,  500 min ailənin evə ehtiyacı var). Azərbaycanda il ərzində isə, 18-20 min civarında mənzil tikilir. Yəni, tikilən mənzillər qurulan ailələrin sayından 5 dəfə azdır. Bu gün yüzlərlə tikinti şirkətinin istismara verdiyi mənzillərin sayı, potensial tələbdən dəfələrlə azdır.  Aztəminatlı gənc ailələrin çoxu ya valideynləri ilə birgə, ya da kirayədə yaşayırlar. Orta və yüksək gəliri olan ailələr isə özlərinə mənzil alır və ya ev tikdirirlər. Alıcıların çox olduğunu, həmçinin mənzillərin kommersiya məqsədilə alındığını da nəzərə alsaq, Bakı şəhərinin mərkəzində tikilən mənzillərə tələbin hamişə qalacağını qeyd edə bilərik.

 

DÜNYA ÖLKƏLƏRİNDƏ SOSİAL MƏNZİL  TİKİNTİSİ

Dünya təcrübəsi göstərir ki, sosial mənzilləri əldə etmək heç də göründüyü kimi sadə və asan deyil. Vətəndaşlar bunun üçün bəzi tələbləri yerinə yetirməlidirlər:

* Vətəndaşın layihənin gerçəkləşəcəyi şəhərdə qeydiyyatda olması və bir neçə il həmin şəhərdə yaşaması

* Güzəştli kredit istifadəçisi olmaması, daha öncə sosial ev almamış olması

* Ailə üzvlərinə aid mənzilin olmaması

* Ailə adından sadəcə bir sosial evin alına bilməsi

* Mənzillərin paylanması çəkilişlə olması (yəni vətəndaş yaşayacağı mənzili istəyinə görə yox çəkiliş yolu ilə əldə edəcək) 

və bunları təsdiq edəcək bir neçə rəsmi sənəd....

 

Qısası, sosial mənzillər ilə Bakının şəhərdaxili yerlərində tikilən binalardakı mənzilləri bərabər tutmaq doğru deyil. Əlverişli ərazidə yerləşən, yüksək keyfiyyətdə tikilmiş, yaxşı şəraiti olan binalardakı mənzillərin hər zaman qiyməti yüksək qalacaqdır.

 

 

 

 

BİZ SİZƏ ZƏNG EDƏK!