Xəbərlər

“Kristal Tədris Mərkəzi”nin ilk məzunları!

“Kristal Abşeron” tərəfindən əhalinin məşğulluğunun artırılması və işlə təmin olunması ilə bağlı atılan addımlar istiqamətində keçirilən “Kristal Tədris Mərkəzi” sosial layihəsinin birinci buraxılışı uğurla yekunlaşıb.

Layihədə 30-dan çox iştirakçı 6 peşə üzrə 1 ay davam edən tədris prossesinə cəlb olunublar. Elektrik, bənna, qəlibçi, qaynaqçı, santexnik və rəngsaz ixtisasları üzrə tədris alan iştirakçıların tam təhlükəsiz şəraitdə əyani vəsaitlər və simulyasiyalar ilə peşə bacarıqlarının formalaşdırılması həyata keçirilib. Tədris müddəti boyunca bütün iştirakçıların zəruri ehtiyacları “Kristal Abşeron” tərəfindən qarşılanıb. Tədrisin gedişatı peşəkar mütəxəssislər tərəfindən təşkil olunub.

Onu da qeyd edək ki, təlim müddətini müvəffəqiyyətlə bitirən iştirakçılar 35-dən çox iştirakçı bitirdikləri ixtisasları üzrə işlə təmin olunublar.

“Kristal Tədris Mərkəzi” sosial layihəsinə növbəti qəbul şirkət tərəfindən ictimaiyyətə elan olunacaq. Layihəyə qeydiyyat üçün isə vətəndaşların

+994 51 207 66 59 mobil nömrəsi ilə əlaqə yaratması xahiş olunur.

BİZ SİZƏ ZƏNG EDƏK!