Xəbərlər

Bu gün ipoteka götürənlər çox udacaq

On minlərlə gənc ailə dövlətin yeni ipoteka şərtlərini səbrsizliklə gözləyir. Amma böyük ehtimalla, onlar bir qədər məyus olacaqlar. Yeni iqtisadi vəziyyət ilə əlaqədar olaraq ipoteka faizlərinin artacağı gözlənilir. Dəyişən əsas şərtin ipoteka kreditlərinin faiz dərəcəsi olacağı gözlənilir.

Hazırda dövlətin (Azərbaycan İpoteka Fondunun) vəsaiti ilə ayrılan ipoteka kreditlərində ilkin ödəniş 20%, illik faiz dərəcəsi 8%, maksimal məbləğ 50 min manat, müddət isə 25 il təşkil edir. Bu ipotekanı almaq üçün çox sərt tələblərə cavab verməlisən, gəlirlərini rəsmi sənədlər ilə sübut etməlisən.

Bazarda ikinci bir ipoteka isə bankların öz vəsaitləri hesabına tikinti şirkətləri vasitəsilə verilən ipoteka kreditidir. Bu ipoteka krediti ilkin ödənişsiz və ya 10-20% ilkin ödənişlə, illik 8%-lə, 20 il müddətinədək tək şəxsiyyət vəsiqəsilə verilir.

Məsələ budur ki, yeni iqtisadi vəziyyət ilə bağlı olaraq ipoteka faizləri arta bilər. Devalvasiyadan sonra inflyasiyanın sürətlənməsi (qiymətlərin kəskin qalxması) pulun qiymətini artırıb. Yəni, banklar ipoteka krediti vermək üçün vəsaiti daha yüksək faizlə cəlb edirlər, qısası borcun xərci artıb. Rəsmi olaraq inflyasiyanın 10-12% olduğu bir şəraitdə, heç kim pulunu 8%-lə borca vermək istəməz. Pul alıcılıq qabiliyyətini ildə 12% itirdiyi halda, 8% qazanc götürmək məntiqsizlikdir.  

PULUN QİYMƏTİ ARTIR

İpoteka kreditlərinin faizlərinin artacağını, Mərkəzi Bankın uçot dərəcəsini (faiz dərəcəsini) qısa müddətdə 2 dəfə artıraraq 7%-ə qaldırması da deməyə əsas verir. Yəni, Mərkəzi Bank kommersiya banklarına pulu 7% ilə verir. Həmçinin, Mərkəzi Bankın uçot dərəcəsi bazarda əsas faiz dərəcəsidir, bu faiz qalxdıqda digər borcverənlər də faizləri qaldırır, eyni zamanda  əmanət faizləri yüksəlir.  Buna görə, banklar pulu daha yüksək faiz ilə aldıqlarından, əhaliyə də daha yüksək faizlə ayıracaqlar. Gözlənilir ki, Novruz Bayramından sonra ipoteka faizləri artaraq 10-12%-ə çıxa bilər.

FAİZ DƏRƏCƏLƏRİ MÜZAKİRƏ OLUNUR

 Azərbaycanın maliyyə naziri Yanvar ayında bildirmişdi ki, ölkədə inflyasiya dəyişəcəksə, bu ipoteka faizlərində nəzərə alınmalıdır.

Bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov da jurnalistlərə bildirmişdi ki, kommersiya ipotekasının faiz dərəcələri müzakirə edilir və bazara uyğun müəyyən ediləcək.  Artıq inflyasiya yüksək olduğundan və faiz dərəcəsi artdığından bazar şərtləri dəyişib.

 

 FİKİRLƏŞƏNLƏR MƏYUS OLA BİLƏRLƏR

Qısası, kim ipoteka ilə mənzil almağı düşünürsə, ona gecikmədən tikinti şirkətinə yollanıb alqı-satqını rəsmiləşdirməyi tövsiyyə edirik. Bu gün bir çox tikinti şirkəti 20 illik ipoteka ilə mənzillərin satışını həyata keçirir.  Məsələn, Siz “Kristal Abşeron”dan  ilkin ödəniş etmədən, təkcə şəxsiyyət vəsiqəsi ilə 20 illik ipoteka krediti ilə premium səviyyəli tam tamirli mənzillərə sahib ola biləcəksiniz. İllik faiz dərəcəsi hazırda bir rəqəmlidir. Yəni, siz illik 8% (effektiv 4.5%) ödəməklə yüksək keyfiyyətli mənzil sahibi ola bilərsiniz. Ehtimal olunur ki, “Kristal Abşeron” və digər tikinti şirkətlərinin işlədiyi banklar ipoteka faizini artıra bilərlər. Yuxarıda qeyd etdiyimiz ki, banklar pulu daha yüksək faizlə cəlb etməyə başlayacaqlar. Buna görə, banklar digər kreditlər kimi, ipotekanın da faizini qaldırmaq məcburiyyətində qalacaqlar. Bu gün 8%-lə ipoteka kreditini götürmək bir fürsət ola bilər. Yaxın günlərdə banklar ipoteka faizlərini qaldırsalar, bu gün fikirləşənlər sonra məyus ola bilərlər. Ən azı 2-4 faiz artıq faiz ödəniləcəkdir, bu da 20 il müddətində xeyli vəsait deməkdir.

20 il kirayədə qalsanız, sonda mənzil sizə qalmır. 20 illik ipotekada isə, kirayə haqqını öz mənzillinizə görə ödəyirsiniz. Həm 20 il rahat mənzildə yaşayırsınız, həm də sonda mənzil sizə qalır. 20 il ödəniləcək kirayə haqqını, mənzilin 20 ildə qiymətinin xeyli qalxacağını, pulun inflyasiyaya görə dəyərdən düşəcəyini nəzərə alsaq, bu gün 8%-lə 20 illik ipotekanın olduqca sərfəli olduğunu qeyd edə bilərik.

 

BİZ SİZƏ ZƏNG EDƏK!