Sumqayıt 6-cı mikrorayon

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Sumqayıt ş., VI mkr., S. Vurğun k. (Liman Klinikasının yanı)

2017-ci ildə təhvil verilən Sumqayıt 6-cı mikrorayon layihəsi şəhərin gözəl mənzərəli ərazilərini əhatə edir. Bu layihə Novxanı yolunun üstündə yerləşir və yaxınlığında Liman Klinikası, park, 27 nömrəli məktəb, idman kompleksi və  digər iaşə obyektləri yerləşir. Sumqayıtın mərkəzində, dəniz mənzərəli mənzillərdə yaşama imkanı verən bu layihə biri ümumilikdə 5 yaşayış binasından ibarətdir.

1, 2 və 3 otaqlı tam təmirli mənzillərdən ibarət bu layihədə sakinlərə arzuladıqları yaşam təklif edilir. Müştərilərimizin qayğılarını azaltmaq məqsədilə kompleksdəki mənzillər bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil verilir. Hər bir mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.


 

Təmirdə İtaliya istehsalı "Limonta" divar kağızlarından istifadə olunub. 

Kompleksdə müxtəlif təyinatlı mağazalar da mövcuddur.

Digər yaşayış komplekslərimizin binalarında olduğu kimi burada da zəlzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” betonundan və Ukrayna istehsalı olan armaturlardan istifadə edilmişdir. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın “Peri” şirkətinindir. Tikintidə beynəlxalq standartlara uyğun Türkiyə malı olan elektrik kabellərindən istifadə edilib. Buradakı binalar ikiqat üzlüklə izoliyasiya olunmuşdur.

Mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Plastik pəncərələr alman texnologiyası ilə hazırlanmışdır.

Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunmuş yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlaxı İspaniyadan alınır. Mənzillərin döşəmələrinə İndoneziya istehsalı parlaq parket düzülmüşdür.

Yerli və xarici telekanalların çıxışını təmin edəcək mərkəzləşdirilmiş rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də sakinlərin xidmətindədir. Su xüsusi qurğularda təmizlənmiş isti və soyuq şəkildə fasiləsiz verilir.

Layihədə bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar da mövcuddur.

Binaların liftləri mühərrikləri İtaliyada istehsal olunmuş Türkiyə malıdır.

Sakinlərin avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan liftlərlə birbaşa mənzillərə qalxma imkanı var.

Yaşayış kompleksinin təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti tərəfindən fasiləsiz surətdə təmin olunur. Komendant xidməti fəaliyyət göstərir.


İpoteka Kalkulyatoru

manat
manat
manat
018 642 02 00 / 050 484 00 08 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!