Sumqayıt 6-cı Mikrorayon

Satış şərtləri
20 % ilkin ödənişlə 25 il müddətinə manatla ödəmə. İllik 7%
Layihənin statusu
İnşası davam edən
Ünvan
Sumqayıt ş., VI mkr., S. Vurğun k. (Liman Klinikasının yanı)

2016-cı ilin yayında təhvil verilməsi planlaşdırılan Sumqayıt layihəsi şəhərin gözəl mənzərəli ərazilərini əhatə edir. Onlardan biri VI mikrorayonda “Liman” klinikasının, ikincisi isə X mikrorayonda 24 saylı orta məktəbin və Səməd Vurğun küçəsindəki tanınmış “Göyərçin” heykəlinin yaxınlığında, Xəzər dənizinin sahilində yerləşir. Sumqayıtın lap mərkəzində, dəniz mənzərəli mənzillərdə yaşama imkanı verən bu layihə biri 1, digəri isə 5 olmaqla ümumilikdə 6 yaşayış binasından ibarətdir.

1, 2 və 3 otaqlı tam təmirli mənzillərdən ibarət bu layihədə sakinlərə arzuladıqları yaşam təklif edilir. Müştərilərimizin qayğılarını azaltmaq məqsədilə kompleksdəki mənzillər bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil verilir. Hər bir mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.

Təmirdə İtaliya istehsalı "Limonta" divar kağızlarından istifadə olunub. 

Burada sakinlərin istirahəti üçün uşaq əyləncə mərkəzləri , yaşıllıqlar və çoxillik ağaclardan ibarət geniş park istifadəyə veriləcək. Kompleksdə müxtəlif təyinatlı mağazaların da olması nəzərdə tutulur.

Digər yaşayış komplekslərimizin binalarında olduğu kimi burada da zəlzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” betonundan və Ukrayna istehsalı olan armaturlardan istifadə edilir. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın “Peri” şirkətinindir. Tikintidə beynəlxalq standartlara uyğun Türkiyə malı olan elektrik kabellərindən istifadə olunur. Buradakı binalar ikiqat üzlüklə izoliyasiya olunacaq.

Mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Plastik pəncərələr alman texnologiyası ilə hazırlanmışdır.

Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunmuş yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlaxı İspaniyadan alınır. Mənzillərin döşəmələrinə İndoneziya istehsalı parlaq parket düzüləcək.

Yerli və xarici telekanalların çıxışını təmin edəcək mərkəzləşdirilmiş rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də sakinlərin xidmətində olacaq. Su xüsusi qurğularda təmizlənmiş isti və soyuq şəkildə fasiləsiz veriləcək.

Mənzillərin isidilməsini təmin edən mərkəzləşdirilmiş istilik sistemi İtaliya istehsalıdır.
Layihədə bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulmuşdur.

Binaların liftləri mühərrikləri İtaliyada istehsal olunmuş Türkiyə malıdır.

Sakinlərin avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan liftlərlə birbaşa mənzillərə qalxma imkanı da olacaq.

Yaşayış kompleksinin təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti tərəfindən fasiləsiz surətdə təmin olunacaq. Komendant xidməti fəaliyyət göstərəcək.


018 642 02 00 / 050 484 00 08 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!