Xırdalan layihəsi

Satış şərtləri
30 % ilkin ödənişlə 60 ay müddətinə manatla ödəmə
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr. 30

H. Əliyev prospekti 30 ünvanında tikilmiş kompleks 1, 2 və 9 nömrəli orta məktəblərin yaxınlığındadır. 2013 –cü ildə təməli qoyulmuş bina yaşayışa tam hazır 1, 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Şirkətimiz bu layihəsində sakinlərin təklif və istəklərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaratmışdır.

“Kristal Abşeron” burada da mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verir.

Xırdalan layihəsində mənzilinizə 1 gün ərzində köçün!

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənib. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilib. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədilib.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Alman texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlaxı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olan mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir. Mənzillər Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları ilə təmin olunub.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Evləri qızdıran mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılıb.

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək.
Yaşayış kompleksində sakinlər üçün sahəsi 1 hektardan artıq çoxillik ağac və yaşıllıqlardan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək. Uşaqlar üçün oyun və futbol meydançası salmağı da unutmamışıq.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edir.

(012) 341 30 70 / (050) 448 00 00 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!