9-cu mikrorayon

Satış şərtləri
20%-dən başlayan ilkin ödəniş. İllik 6% olmaqla, 20 ilədək kredit müddəti
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Binəqədi rayonu, Mir Cəlal küçəsi 59k

Binəqədi rayonu IX mikrorayon Mir Cəlal küçəsi 3169-cu məhəllədə yerləşən bu yaşayış kompleksinin üstünlüyü onun “20 Yanvar” və “Memar Əcəmi” stansiyalarına yaxın olmasıdır. Metro stansiyalarına və şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobus marşrutlarının çoxluğu isə burada yaşayanların rahatlığına xidmət edir.

2010 – cu ildə istifadəyə verilmiş bu yaşayış kompleksinin yaxınlığında bir neçə məktəbin olması valideynlərə yola sərf edəcəkləri vaxta qənaət etmək imkanı verir.

Binada Finlandiyanın məşhur "Kone" liftləri qurlaşdırılıb!

Binanın həyətində böyüklərin həm də balacaların istirahəti üçün kiçik köşkləri və oturacaqları olan istirahət sahəsi salınmışdır.

Rahatlıq və təhlükəsizliyə çox önəm verən “Kristal Abşeron” bütün yaşayış komplekslərində olduğu kimi bu binanın da tikintisində Ukraynada istehsal olunmuş yüksək keyfiyyətli armaturlardan və kimyəvi qatqısız “B-25” betonundan istifadə edilib ki, bu da kompleksin zəlzələyə tam davamlılığına zəmanət verir.

Keyfiyyəti, gözəlliyi və rahatlığı düşünərək kompleksin inşasında Finlandiyanın dünyaca məşhur “Kone” liftlərindən, Türkiyənin “Kale” firmasının seyf giriş qapılarından və Almaniyanın “PVC” plastik pəncərələrindən istifadə etmişik. Divarların suvanmasında “Mətanət A” sementi işlədilib.

Binanı istiliklə təmin edən mərkəzi qızdırıcı sistemin avadanlıqları İtaliya və Almaniya istehsalıdır. İkiqat üzlüklə izolyasiya olunmuş binanın fasadı bişmiş qırmızı kərpicdəndir.

Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilib.

Sakinlərin dayanacaq axtarmamaq və avtomobillərindən nigaran qalmamaları üçün lift ilə bir başa mənzillərə qalxma imkanı verən yeraltı üç mərtəbədən ibarət geniş avtodayanacaq inşa edilmişdir.

Yaşayış kompleksində 24 saat fasiləsiz mühafizə xidmətinin və kamera nəzarət sistemlərinin olması sakinlərin təhlükəsizlik və rahatlığına zəmanət verir, komendant xidməti isə sakinləri xırda məişət qayğılarından azad edir.

İpoteka Kalkulyatoru

manat
manat
manat
(012) 513 11 10 / (050) 272 10 10 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!