Memar Əcəmi layihəsi

Satış şərtləri
20 % ilkin ödənişlə 25 il müddətinə manatla ödəmə. İllik 7%
Layihənin statusu
Tikintisi bitib
Ünvan
Nəsimi rayonu, Hüseynbala Əliyev küç, 3224-cü məhəllə

İnşası 2014–cü ildə başa çatmış bu yaşayış kompleksi metronun “Memar Əcəmi” stansiyasının lap yaxınlığındadır. Hüseynbala Əliyev küçəsi 3224-cü məhəllədə tiklilmiş bu bina 2 blok, 17mərtəbə və mansarddan ibarətdir.

Metronun yaxın olmasından başqa, buradan şəhərin bir çox yerinə avtobus marşrutlarının işləməsi sakinlərin yola az vaxt sərf etməsinə şərait yaradır.


Əcəmi layihəmizə bugün alın sabah köçün!


Bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş yaşıllıq və çoxillik ağaclardan ibarət geniş parkda balacaları da sevindirəcək uşaq meydançası və fəvvarə var.

Nəsimi rayonu 9 saylı tam orta məktəbin yaşayış kompleksinin yaxınlığında yerləşməsi isə binanın məktəbli sakinlərini uzaq yol qayğısından azad edir.

Bu kompleksin inşasında tanınmış brendlərin məhsulları: Finlandiyanın “Kone” liftləri, Alman texnologiyasl ilə istehsal edilmiş “PVC” plastik pəncərələri və Türkiyənin “Kale” şirkətinin seyf giriş qapılarından istifadə olunub. Bu isə yüksək keyfiyyətə önəm verməyimizin nümunəsidir.

Binanın seysmik təhlükəsizliyi üçün başqa yaşayış komplekslərimizdə olduğu kimi burada da yüksək keyfiyyətli armaturlardan və Ukraynada istehsal olunmuş kimyəvi qatqısız “B-25” betonundan istifadə olunub.

Bütün mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça)təqdim edilir.
Bina İtaliya və Almaniyada istehsal olunmuş avadanlıqlardan quraşdırılmış mərkəzi istlik sisteminə malikdir.

Fasadı qırmızı bişmiş kərpicdən hörülmüş bina ikiqat üzlüklə də izolyasiya olunub ki, bu da mənzillərin qışda isti, yayda isə daha sərin olmasına xidmət edir.

24 saat fasiləsiz mühafizə xidməti və kamera nəzarət sistemləri olan yaşayış kompleksində sakinlərin qayğısızlığı üçün komendant xidməti də fəaliyyət göstərir.

Bina sakinlərini dayanacaq axtarma qayğısından azad edən yeraltı avtodayanacaqdan liftlə birbaşa mənzillərə qalxmaq olur.


(012) 513 11 10 / (050) 272 10 10 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!