Biləcəri layihəsi

Satış şərtləri
20 % ilkin ödənişlə 25 il müddətinə manatla ödəmə. İllik 7%
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Biləcəri qəs., 5025ci məhəllə (Hərbi Komissarlığın yaxınlığı)

Kristal Abşeron” bu layihəsində şəhərimizin şimal qapısı sayılan Biləcəri qəsəbəsi 5025 ci məhəllə ünvanda, metronun “20 Yanvar” və “Avtovağzal” stansiyaları dairəsində tikiləcək yaşayış kompleksində müxtəlif ölçülü, tam təmirli mənzillər təklif edir.

İnşasına 2014 – cü ilin sonunda başlanmış bu layihə 16 mərtəbəli 5 binadan ibarətdir. Kompleksin şoseyə və metro stansiyalarına yaxın olması sakinlərə ictamai nəqliyyatdan rahat istifadə etmək imkanı verəcək.

Həyətində geniş parkı, uşaq meydançası və uşaq bağçası olan kompleksdən 2 saylı tam orta məktəbə olan məsafə çox da uzaq deyil, bu da sizə və övladlarınıza əlavə rahatlıq yaradacaq.

Biləcəridə yaşıllığın əhatəsində eviniz olsun!

Biz təhlükəsizliyə çox önəm veririk və məhz buna görə də tikintidə Ukrayna istehsalı olan yüksək keyfiyyətli armaturlardan və kimyəvi qatqısız “B-25” betonundan istifadə edirik.

Yaşayış kompleksinin binaları daş yunu ilə izoliyasiya olunacaq ki, bu da mənzillərin yayda sərin, qışda isə isti qalmalarını təmin edəcək.

Tikintidə Türkiyənin məşhur brendləri olan “Firat” borularından, “Imkacable” elektrik kabellərindən, həmçinin daxili və xarici bazarlarda özünü təsdiqləmiş yerli “Mətanət A” sementindən istifadə olunur.

Yaşayış kompleksindəki mənzillərin giriş qapıları Türkiyə malı, daxili qapılar isə Belarus istehsalıdır. Bütün mənzillərdə alman texnologiyası ilə istehsal olunmuş “PVC” plastik pəncərələr quraşdırılacaq, mənzillərin divarlarına İtaliya istehsalı olan parça tərkibli divar kağızları çəkiləcək.

Tam təmirli mənzillərdə ailəlikcə xoşbəxt günlər sizi gözləyir!

Bundan başqa İspaniyanın “Stn ceramica” kafel-metlaxından, Türkiyədən gətirilmiş hamam aksesuarlarından da istifadə edəcəyik.

Sakinlərimiz xüsusi qurğularda təmizlənmiş isti və soyuq su ilə fasiləsiz təmin olunacaqlar. Kompleksdəki mənzillərin qızınmasını təmin edən mərkəzləşdirilmiş istilik sisteminin bütün avadanlıqları İtaliya istehsalıdır.

İstifadəyə yerli və xarici telekanalların çıxışını təmin edəcək mərkəzləşdirilmiş rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də veriləcək.

Layihədə bütün binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulmuşdur.

Müştərilərimizin qayğılarını azaltmaq məqsədilə mənzilləri bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil veririk. Mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da (kupça) təqdim edəcəyik.

Binaların liftləri Finlandiya istehsalı olan “Kone” firmasınındır.

Kompleksdə avtomobillərin təhlükəsizliyini qoruyacaq yeraltı dayanacaq və binanın mühafizəsini təmin edəcək xüsusi xidmət və kamera-nəzarət sistemi də nəzərdə tutulur. Yaşayış kompleksində sakinləri xırda məişət qayğılarından azad edəcək komendant xidməti də fəaliyyət göstərəcək.




(012) 406 84 84 / (050) 880 84 84 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!