Sahil Park layihəsi

Satış şərtləri
20 % ilkin ödənişlə 25 il müddətinə manatla ödəmə. İllik 7%
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Sumqayıt Dənizkənarı - Göyərçin heykəlinin yanı
Sumqayıt şəhərində H.Əliyev parkının yanında Kristal Abşeron şirkəti tərəfindən inşa edilən Sahil Park yaşayış kompleksində dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin! Möhtəşəm fasad, geniş həyət, uşaqlar üçün oyun zonaları, sakinlərə özəl iaşə obyektləri ilə hərşey əlinizin altında olacaqdır. Kompleksin yaxınlığında məşhur "Göyərçin abidəsi" yerləşir.

Dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin!

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkiləcək. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq.

Sakinlərə özəl iaşə obyektləri ilə hərşey əlinizin altındadır!

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək.
Yaşayış kompleksində sakinlər üçün ümumi sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək. Uşaqlar üçün oyun və futbol meydançası olacaq.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edəcək.


(050) 484 00 08 / (01864) 20200 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!