Mikrorayon layihəsi

Satış şərtləri
30 % ilkin ödənişlə 24 ay müddətinə manatla ödəmə
Layihənin statusu
Tikintisi davam edir
Yerləşmə
Binəqədi rayonu, S. Sani Axundov küçəsi 3A saylı yaşayış evinin yaxınlığı
Binəqədi rayonu, S. Sani Axundov küçəsi 3A saylı yaşayış evinin yaxınlığında yerləşən Mikrorayon layihəmizdə mənzil almağa tələsin! Azadlıq metrosu 2 dəqiqəlik məsafadə! Ərazi baxımınnan çox sərfəli bir yerdədir,metro yaxılıqında və əyləncə mərkəzinin yanında , bolluq bazarı yaxınlıqdadır.

Azadlıq metrosu 2 dəqiqəlik məsafədə!

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkiləcək. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq.

Bina 7/24 təhlükəsizlik kameralarının nəzarətində olacaq!

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək.
Yaşayış kompleksində sakinlər üçün ümumi sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək. Uşaqlar üçün oyun və futbol meydançası olacaq.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edəcək.


(050) 294 10 10 / (012) 563 63 03 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!