Şərifzadə layihəsi

Satış şərtləri
30 % ilkin ödənişlə 24 ay müddətinə manatla ödəmə
Layihənin statusu
Tikintisi davam edir
Yerləşmə
Yasamal rayonu, Şərifzadə küçəsi 122
Şərifzadə layihəmiz ilə tanış olun. Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan yeni yaşayış kompleksində evinizdən çıxmaq istəməyəcəksiniz. Tikintidə Almaniya, İtaliya, İspaniya istehsalı olan materiyallardan istifadə olunur. Bu mənzillərə ilkin ödənişsiz 20 il müddətinə sahib ola bilərsiniz. Layihənin yaxınlığında ASAN Xidmət, Rabitə Bank, 158 saylı məktəb, ATV telekanalı, ticarət mərkəzləri, bazar və Rabitə qovşağı (ATS) yerləşir.

Tam təmirli və mebelli mənzilə sahib olun

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkiləcək. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq.

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək.
Yaşayış kompleksində sakinlər üçün ümumi sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək. Uşaqlar üçün oyun və futbol meydançası olacaq.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edəcək.


(012) 432 11 21 / (050) 274 33 00 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!