Xırdalan layihəsi

Satış şərtləri
20 % ilkin ödənişlə 25 il müddətinə manatla ödəmə. İllik 7%
Layihənin statusu
Tikintisi davam edir
Ünvan
Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr. 30
2013 –cü ildə təməli qoyulmuş yaşayış kompleksi tam hazır 1, 2 və 3 otaqlı mənzillərdən ibarət olacaq. Şirkətimiz bu layihəsində sakinlərin təklif və istəklərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaratmağı planlaşdırıb.

Burada da mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) veriləcək.

Xırdalan layihəsində 17 bina artıq təhvil verilib

Xırdalan mərkəzində yerləşir. Yaxınlığda Xırdalan Tibb mərkəzi, 2 və 9, 10 nömrəli, 1nömrəli  məktəblər Qafqaz universiteti, İcra hakimiyyeti ,Heydər Əliyev adına park. bazar, supermarketlər (Araz Rahat Fresco) var. 
Artıq 17 bina təhvil verilib, Çıxarışlar təqdim olunub, Bağçası var. 1hektardan artıq ərazisi olacaq geniş park sakinlər üçün salınacaq. Binaların birinci mərtəbəsi obyekt kimi nəzərdə tutulub,  hər növ iaşə obyekti olacaq.

Tam təmirli və mebelli mənzilə sahib olun

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkən və dəhlizlərinə mərmər döşənəcək. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkiləcək. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” , sanitar qovşağının kafel-metlağı isə İspaniya malıdır. Döşəmələri İndoneziya istehsalı parket olacaq mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkiləcək. Mənzillər üçün Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları da nəzərdə tutulmuşdur.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də olacaq. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin ediləcək. Evləri qızdıracaq mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılacaq.

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək.
Yaşayış kompleksində sakinlər üçün ümumi sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək. Uşaqlar üçün oyun və futbol meydançası olacaq.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edəcək.


(012) 341 30 70 / (050) 448 00 00 E-KATALOQ

BİZ SİZƏ ZƏNG EDƏK!