Xəbərlər

Yasamalda mənziliniz olsun!

Bakı, Xırdalan və Sumqayıtda mənzil tikintisi ilə məşğul olan “Kristal Abşeron” şirkəti layihələrinin sayını artırır.

Layihəyə əsasən Mətbuat və Şərifzadə prospeklərinin kəsişməsində (Yasamal rayonu, Şərifzadə küçəsi 122) möhtəşəm yaşayış kompleksinin tikintisinə başlanılıb. Yaşayış kompleksindən Mətbuat prospektinə çıxışı mövcuddur və yaxınlığında “İnşaatçılar” metrosu, orta məktəb, bağça, bir çox iaşə obyekti yerləşir.

Kompleksdə tam təmirli və mebelli mənzilin 1 kvadrat metri 1450- 1680 manat təşkil edir. Məsələn, ayda cəmi 743 manat ödəməklə “Şərifzadə layihəsində sahəsi 45.8 kv.m olan 2 otaqlı mənzilə sahib ola bilərsiniz.  "Şərifzadə" layihəsində 1 otaqlı mənzillər 45 kv.m, 52.5 kv.m, 2 otaqlı mənzillər 45.8 kv.m, 54.7 kv.m, 60 kv.m, 65.5 kv.m, 77.2 kv.m, 3 otaqlı mənzillər isə 109 kv.m, 106.3 kv.m və 110 kv.m təşkil edir.

Qeyd etdiyimiz kimi, mənzillər təmirli şəkildə təhvil verilir. Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, parket döşəmə, istilik radiatorları və s. daxildir.

BİZ SİZƏ ZƏNG EDƏK!