Xəbərlər

“Kristal Abşeron” 100-ə yaxın sakini sevindirdi

“Kristal Abşeron” Şirkəti Xırdalan şəhərində inşa etdiyi binalarda mənzil alan vətəndaşlara çıxarışlarını təqdim edib. Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində verilib. Kampaniya zamanı vətəndaşlar komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətlərindən faydalanıblar. Kampaniya çərçivəsində 100-ə yaxın bina sakini öz mənzillərinə dair çıxarışlar əldə edib. Həmçinin, bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

Çıxarışını alan sakin Arif Yusifov bildirib ki, “Kristal Abşeron” və Əmlak Məsələləri Dövlət Komitəsinin xidməti sayəsində öz çıxarışlarını tez bir zamanda ala biliblər: “Mən “Kristal Abşeron”dan iki mənzil almışam. İstəyirəm birini də alım. Şərtlərdən çox razıyam. Kreditlə almışam. Tam təmirlidir. Azərbaycanda yeganə tikinti şirkətidir ki, şərti də, şəraiti də gözəldir. 24 saat isti, soyuq suyumuz var. Qışda mərkəzi istilik sistemi işləyir. Mənzilləri 10 faiz ilkin ödənişlə, 20 il müddətinə almışam”..

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Evləri qızdıran mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılıb.

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərir.

Yaşayış kompleksində sakinlər üçün sahəsi 1 hektardan artıq çoxillik ağac və yaşıllıqlardan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edir.

BİZ SİZƏ ZƏNG EDƏK!